İsrail ordusu Yəmənin müxtəlif nöqtələrinə hava hücumu həyata keçirib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu haqda İsrailin müdafiə naziri Yisrael Katz açıqlama verib.
O bildirib ki, “Qara Bayraq” kod adlı hücum çərçivəsində Hudeydə, Səlif və Rəs İsa limanlarına, Ras əl-Kəsib elektrik stansiyasına və Husilərin istifadə etdiyi “Qalaktika Lideri” gəmisinə şiddətli zərbələr endirilib: "Husilər isrtail ərazisinə raket atmann ən ağır formada əvəzini ödəməyə davam edəcəklər”
Hücumlarda ölən və ya yaralananların olub-olmadığı barədə məlumat hələlik açıqlanmayıb.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee isə bildirib ki, hücumda onlarla döyüş təyyarəsi iştirak edib.
Tahir Şəlvəli
MİA.AZ