"Məni xalqı küçələrə çağırmağa məcbur etməyin".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu ultimatumu CHP lideri Özgür Özəl Adana, Antalya və Adıyaman bələdiyyə başçılarının saxlanılmasına etirazında səsləndirib.
O, Ərdoğan iqtidarını qanunsuz hıəbslər həyata keçirməkdə ittiham edərək, xalqı hələlik qanunla nəzərdə tutulmuş və mühafizə çəmbəri altında aksiyaya çağırıb: "İndi camaatı daha əvvəldən yerini açıqladığımız və ətraflarında təhlükəsizlik tədbirləri görüldüyü meydanlara dəvət edirəm. Onları küçəyə dəvət edəcəyim günü də bilirəm. Amma məni bu milləti küçələrə çağırmağa məcbur eləməyin. Ağılınızı başınıza toplayn!"
Firudin Səfərli
MİA.AZ