İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrində əməliyyatları davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son əməliyyatlarda ümumilikdə 46 mülki şəxsin həlak olduğu bildirilir.

Qəzzadakı Səhiyyə İdarəsindən verilən məlumata görə, İsrail ordusu Qəzza şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsində köçkünlərin sığındığı İmam Şafi məktəbini də bombalayıb: "Burada 13 mülki şəxs həlak olub, çoxlu sayda insan yaralanıb. Bundan başqa, Şeyx Rıdvan məhəlləsindəki sığınacaq, Rəfah şəhərinin qərbində yardım paylama məntəqəsi və digər bölgələr də vurulub. Burada da isə onlarla insan ölüb və ya yaralanıb".

Tahir Şəlvəli
MİA.AZ