“Neftçi” daha bir futbolçu ilə anlaşıb.
Mia.az xəbər verir ki, bu barədə klubdan açqlama verilib.
Bildirilib ki, 26 yaşlı fransalı İmad Farajla 3 illik müqavilə bağlanıb.
Məlumata görə, “Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.