ABŞ Səudiyyə Ərəbistanı səmasının havadan müdafiəsini gücləndirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Səudiyyə Ərəbistanında ABŞ istehsalı olan ilk THAAD hava hücumundan müdafiə sistemini quraşdırılıb.

Bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın məlumatına görə, THAAD lazımi sınaqlardan keçdikdən və ölkə üzrə kadrların sahə təlimindən sonra istifadəyə verilib: "Bu münasibıətlə Ciddədəki Hava Hücumundan Müdafiə Qüvvələri Qərargahında mərasim keçirilib. Mərasimdə Hərbi Hava Qüvvələrinin komandanı Məzid bin Süleyman əl-Amr çıxış edib, ölkənin müdafə qüdrətinin gücləndiyini bəyan edib".

General bildirib ki, THAAD ballistik raket sistemi Səudiyyə Ərəbistanı ordusunun hazırlıq səviyyəsini və hava məkanını, həmçinin, digər həyati əhəmiyyətli obyektləri qorumaq üçün tələb olunan imkanlara sahibdir: "Biz bu istiqamətlərdə gərəkli addımları müdafiə planlarımız  çərçivəsində atmaqdayıq"

Tahir Şəlvəli
MİA.AZ