İspaniyanın Kataloniya muxtar bölgəsində meşə yanğını başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, isti dalğasının təsiri ilə Lleyda əyalətində yanğın sürətlənib.

Rəsmi məlumata əsasən, yanğınsöndürənlərin gərgin səylərinə baxmayaraq, ümumilikdə 6500 hektar ərazi külə dönüb.

Kataloniya muxtar vilayətinin lideri Salvador İlla bildirib ki, Seqarrada istiqamətindəki yanğında 2 nəfər ölüb: "Onlardan biri fermer, digəri isə oranın işçisi olub. Onlar fermadan qaçmağa çalışarkən alov içində qalaraq həyatları ilə vidalaşıblar"

Firudin Səfərli
MİA.AZ