Tammi Abraham "Beşiktaş" üçün İstanbuldadır. İngilis hücumçu tibbi müayinədən sonra müqavilə imzalayacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tammi Abraham açıqlamalarında deyib:

"Azarkeşləri burada görməkdən çox xoşbəxtəm. Dəstəklərinə görə də çox xoşbəxtəm. Onlara meydanda layiq olduqları sevgini göstərmək üçün səbirsizlənirəm."

"Beşiktaş" Abraham üçün "Roma" klubuna 15 milyon avro ödəyəcək.

Fərid ASLAN

MİA.AZ