Zəfər Partiyasının sədri Ümit Özdağın müavini Bartu Soral istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb partiyan sədri Ümit Özdağın CHP-nin İstanbulun Saraçhane səmtindəki  mitinqinə partiya üzvlərinin qatılmasını qadağan etməsi barədə təşkilatlara xəbərdarlıq məktubu göndərməsi olub.

Bartu Soral bildirib ki, sədrin belə bir qadağasını anlamaqda çətinlik çəkir: "Fikirlərimiz üst-üstə düşmədiyi üçün partiyadan istefa verirəm"

Xatırladaq ki, Özdağ Ərdoğanı təhqir etmək və cəmiyyətdə kin yaratmaq ittihamı ilə həbs olunmuşdu. O, yeni həbsdən çıxıb.

Samir MUSAYEV
MİA.AZ