ABŞ-da yanğın çağırışına yollanan yanğınsöndürənlər snayperlə vurulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə iki yanğınsöndürən həlak olub, biri isə ağır yaralanıb.

Hadisə Aydaho ştatında baş verib. Bildirildyinə görə, yanğnsöndürənlər meşə yanğınına müdaxiləyə çağrılıb: "Lakin hadisə yerinə az qalmış atəşə tutularaq, vurulub".

Xəbərdə o da deyilir ki, qatil zərərsizləşdirilib: "Faktla bağlı araşdırmalar başlayıb".

Tahir Şəlvəli
MİA.AZ