Transferləri davam etdirən "Beşiktaş" "Roma"nın ingilis hücumçusu Tammi Abrahamı satın almaq üzrədir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, futbolçunun transferi ilə balı danşıqlar müsbət bitib.

Məlumata görə, tərəflər bir neçə günə müqavilə imzalayacaqlar.

Ötən mövsümü icarə əsasında "Milan"da keçirən ingilis futbolçu ümumilikdə 45 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Fərid ASLAN

MİA.AZ