Pakistanda leysan yağışları faciə yaradıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistanda yayımlanan Samaa TV məlumat yayıb.
Bildirilib ki, azı 38 nəfər ölüb, 70-ə yaxın insan isə yaralanıb.
Pakistan rəsmiləri bildirib ki, aramsız yağan leysan yağışları daha çox Hayber Paxtunxva əyalətində itkilərə səbəb yaradlıb: "Bura ilə yanaşı, Pəncab əyalətində də böyük dağınrtı və itkilər var. Sind və Bəlucistan əyalətləri də güclü yağışlarDdan zərər görüb..."
***
Pakistan mediası yazır ki, ölənlərin sayı artıb: "Yağışın səbəb olduğu seldə itkin düşən daha 9 nəfərin meyiti tapılıb. Bununla da ölənlərinsayı 47 nəfərə çatıb".
Xəbərdə deyilir ki, itkin düşənlərin axtarışı davam edir.
Tahir Şəlvəli
MİA.AZ