İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində də əməliyyatları davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb.
Bildirilib ki, axşam saatlarından etibarən İordan çayının qərb sahilinin müxtəlif bölgələrində həyata keçirilən basqınlarda aralarında qadın, uşaq və gənclərin də ümumilikdə 60 fələstinli qandallanıb: "Bununla da son 3 gündə saxlanılanların sayı 200-ə yaxınlaşıb".
Tahir Şəlvəli
MİA.AZ