İran paytaxtının bəzi şərq ərazilərində partlayış səsləri eşidilib.
Bu barədə “NourNews” agentliyi xəbər verib.
Agentlik ehtimal olunan hadisə yerində qalxan tüstünün fotosunu dərc edib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib, zərbələrin bir sıra obyektlərdən yan keçmədiyini etiraf edib./Report