İran hava müdafiə sistemi İsrailin daha bir F-35 qırıcısını vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ölkənin Çaharmahal Bəxtiyari əyalətində baş verib.

İran İnqilab Keşikçilərinə SEPAH)  yaxınlığı ilə tanınan “Sepah Pasdaran” Telegram saytı yazıb ki, əyalətin Ben rayonunun dağlıq ərazisinə düşən təyyarənin pilotu əsir alınıb.

İsrail xəbərə reaksiya verməyib.

Onu da qeyd edək ki, İran daha əvvəl biri qadın olmaqla iki İsrail döyüş təyyarəsi pilotunun əsir götürüldüyünü iddia edib.

Tahir Şəlvəli
MİA.AZ