İsrail Ordusu İrana hücumlar başlayandan bəri İslam Respublikasının 20-dən çox komandanının zərərsizləşdririldiyini açıqlayıb.

Bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Hərbi əməliyyatlar zamanı kəşfiyyat və raket qoşunlarının rəhbərinin də öldürüldüyü qeyd edilir.

"İsrailin Müdafiə Ordusu İranda silahlı qüvvələrin kəşfiyyat idarəsinin rəisini və İslam İnqilabı Keşikçiləri Korpusunun “yer-yer” raket sistemi komandanını məhv edib. İran rejiminin 20-dən çox hərbi komandanı məhv edilib", - ordunun teleqram kanalında bildirilir.

Bir gün əvvəl İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin iki müavini İsrailin zərbələri nəticəsində həlak olub. Eyni zamanda, iyunun 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargah rəisi Hüseyn Səlaminin, Silahlı Qüvvələrin komandanının müavini general Qulaməli Rəşidin və nüvə alimi Fereydun Abbasinin ölümünü təsdiqləyib.

Xatırladaq ki, İsrail iyunun 13-də İrana qabaqlayıcı zərbə endirib və fövqəladə vəziyyət elan edib. Bununla bağlı ölkənin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, hərbi əməliyyatın məqsədi İranın nüvə infrastrukturuna zərbə endirməkdir(report).