İyunun əvvəlində İstanbulda əldə olunan razılaşmalar əsasında Ukrayna ilə Rusiya arasında növbəti cəsəd mübadiləsi olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukraynalı Əsirlərin Müalicəsi üzrə Koordinasiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 200 ukraynalının cəsədi Rusiyadan Ukraynaya gətirilib.
TASS xəbər agentliyi yazıb ki, Rusiya bu gün 1200 əsgərin cəsədini Ukraynaya gerui təhvil versə də, Ukrayna tərəfi rus əsgərlərinin cəsədlərini qaytarmayıb.
Firudin Səfərli
MİA.AZ