Qəzza zolağında yardım gözləyən insanlar atəşə tutulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, İsrailin axşamüstü endirdiyi zərbələr nəticəsində bölgədə 73 mülki şəxs ölüb: "Ölənlərin çoxu yardım gözləyənlər olub. Bununla yanaşı, 224 nəfər güllə yarası alıb..."

Tahir Şəlvəli
MİA.AZ