İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ prezidenti Donald Trampın hücum təhdidlərinə hədəyə cavab verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Donald Trampın nüvə razılaşması olmadığı təqdirdə, İrana hücum xəbərdarlığından çəkinmədiklərini deyib.
Nazir Tehranda hökumətin iclasından sonra bildirib ki, ABŞ-la nüvə müzakirələrinin uğurlu olacağına ümid edir: "Hələ ortada heç nə olmadan ABŞ isə bizi danışıqlar uğursuz olarsa, münaqişə və qan tökülməsi ilə hədələyir. Ümid edirəm ki, danışıqlar uğurlu olacaq. Lakin əgər uğursuzluz olar və savaş başlayarsa, hər kəs əmin ola bilər ki, qarşı tərəfin itkiləri mütləq bizimkindən qat-qat çox olacaq. Bölgədəki ABŞ-ın bütün bazaları İranın vurma dairəsindədir. Odur ki, savaş başlayarsa, ABŞ bölgəni tərk etməlidir, çünki biz çəkinmədən bölgədəki bütün Amerika bazalarını hədəfə alacağıq".
Firudin Səfərli
MİA.AZ