ABŞ-ın Kaliforniya ştatında kiçiktutumlu mülki təyyarə qəzaya uğrayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ştatın San Dieqo şəhərində baş verib.

Bildirildiyinə görə, içərisində 6 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb: "1970-ci il model "Cessna 414" tipli təyyarə yerli vaxtla saat 12:45 radələrində Point Loma sahillərinə yaxınərazidə dənizə düşüb. Həmin yerdə təyyarənin qalıqları tapılıb. Dağıntı sahəsində təxminən  61metr dərinlikdə isə axtarış-xilasetmə işləri davam edir. Təyyarədə pilot, pilotun həyat yoldaşı, atası və üç oğlu da daxil olmaqla, ümumilikdə 6 nəfər olub. Onların cəsədləri hələlik tapılmayıb"

Tahir Şəlvəli

MİA.AZ