Nigeriyanın şimal-qərbindəki Sokoto əyalətində teror aktı baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Sokoto polisinin sözçüsü Əhməd Rufai yerli jurnalistlərə açıqlama verib.
O bildirib ki, əyalətin Qvabro kəndində əldəqayırma partlayıcı qurğu partladılıb: "Nəticədə 6 nəfər həlak olub, çoxlu sayda yaralı var. Fakt tərəfimizdən araşdırılır"
Polis rəsmisi təfərrüata toxunmayıb.
Qeyd edək ki, Nigeriyanın müxtəlif bölgələrində silahlı dəstələr, o cümlədən İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları tez-tez "terror küləyi əsdirirlər".
Tahir Şəlvəli
MİA.AZ