Nigeriyanın mərkəzində yerləşən Benue əyalətində silahlı insident yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, silahlı şəxslər kəndlərə hücum ediblər.
İlkin məlumçata görə, hücum zamanı aralarında iki yaşlı körpənin də olduğu 20 nəfər öldürülüb, çoxlu sayda insan isə yaralanıb.
Bölgə rəhbərliyi isə artan terror aktlarına federal hökumətin hərəkətsizliyini pisləyib
Xatırladaq ki, Benue əyalətində heyvandarlıqla məşğul olan Fulani qəbiləsi ilə əkinçiliklə məşğul olan bəzi tayfalar arasında ara-sıra şiddətli toqquşmalar baş verir.
Mayın 11-də Benue əyalətində baş verən belə toqquşmaların birində isə 100-ə yaxın adam ölmüşdü.
Tahir Şəlvəli
MİA.AZ