Superliqanın 37-ci turunda səfərdə "Atakaş Hatayspor"a 4:2 hesabı ilə uduzan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo oyundan sonra açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ikinci hissənin həm özü, həm də futbolçular üçün çətin keçdiyini deyib.
Baş məşqçi ""Portu" ilə qazandığınız Çempionlar Liqası kubokunun ildönümüdür. Uzun illərdir Çempionlar Liqasında yoxsunuz Bu gün isə ağır məğlubiyyət aldınız. Bu məğlubiyyət klubla münasibətinizə necə təsir edəcək", - sualına belə cavab evrib: "Son 7 ildə Avropada türk futbolu tarixinin görmədiyindən daha çox finalda oynadım. "Porto" ilə çempionluğumdan 20-21 il keçir. Əslində, biz də Çempionlar Liqasına vəsiqə qazanmaq üçün ötən yay "Fənərbağça" ilə mübarizə apardıq. Amma keçən yay bizim üçün çətin oldu. Çünki Avropa çempionatında iştirak edən və Türkiyə klubuna erkən qoşulan futbolçular da var idi. Bu çətinliklərlə mübarizə apardıq, penaltilərlə uduzduq. Gələn yay da Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacağıq. Bu matçlara mümkün qədər yaxşı hazırlaşmalıyıq”.
Fərid ASLAN
MİA.AZ