Malta Fələstini dövlət kimi tanımağa hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Maltanın baş naziri Robert Abela açqılama verib.
O bildirib ki, ölkəsi iyun ayında Fələstini dövlət kimi tanıyacaq: "Qəzzada baş verən toqquşmada indiyədək 50 mindən çox insan həyatını itirib. Bu insanlıq faciəsinə göz yuma bilmərik. Fələstini tanımaq qərarımız mənəvi məsuliyyətdir. 45 illik müzakirələrdən sonra bu addımı atacağıq"
Maltanın tanınması qərarı Fələstin Xarici İşlər Nazirliyi tərəfindən alıqşlanıb.
Tahir Şəlvəli
MİA.AZ