İsrail ordusu bu gün səhərə yaxən Qəzza şəhərində bir evə zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 4 fələstinli mülki şəxs hadisə yerindəcə ölüb, 15-i isə ağır yaralanıblar.
Məlumatda deyilir ki, ölən və yaralananların əksəriyyəti qadın və uşaq olub: "Hadisə yerinin ətrafında salınna çadırlara sığınanlar arasında da yaralananlar var. Evdən qopan daş parçaları və qəlpələr daha 6 nəfərin yaralanmasına səbəb olub. Onlar şəhər mərkəzindəki Şifa xəstəxanasına aparılıblar..."
Tahir Şəlvəli
MİA.AZ