Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Qəzzadakı hazırkı vəziyyəti barədə hesabat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hesabatda İsrail ordusunun hücumları nəticəsində son bir həftədə Qəzza zolağında 161 mindən çox fələstinlinin təkrar məcburi köçkün statusu yaşadığını qeyd edilib.

Bildirilib ki, bu say günü gündən artır: "Qəzza ərazisinin 81 faizi işğal və ya evakuasiya əmri altındadır. Bu o deməkdir ki, 1.8 milyonluq əhalinin əksəriyyəti Qəzzanın ümumi ərazisinin 19 faizinə sıxışdırılıb..."

Lamiyə Əhmədli
MİA.AZ