Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana səfər edəcək.

Bu barədə Vyetnam Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 5-12 may tarixləri arasında o, Qazaxıstan, Azərbaycan, Rusiya və Belarusa dövlət səfərləri edəcək.

Azərbaycana səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçiriləcək.

Bu, To Lamın 2024-cü ilin avqustda vəzifəyə başlamasından sonra ilk xarici səfəri olacaq./Report