Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Baku TV-nin "Amin" verilişinin anonsunu paylaşması müzakirələrə səbəb olub.
Mia.az xəbər verir ki, sosial şəbəkədə ilahiyyatçı Elşad Miri bildirib ki, Komitə sədri belə olar: “Televiziya kanalında gedəcək verilişin anonsunu verir, qonaqları tanıdır. Komitənin digər işçiləri də bunu nümunə götürsələr, verilişin reytinqini təsəvvür belə etmirəm”(pravda).
Mia.az xatırladır ki, komitə sədri anonsunda aktyor Elməddini prodüsser kimi təqdim edib.
MİA.AZ