CHP sədri Özgür Özəl hazırda həbsdə olan Əkrəm İmamoğlu ilə bağlı maraqlı mesaj verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, jurnalist Fatih Altaylıya müsahibəsində Əkrəm İmamoğlunun həbsini siyasi oyun adlandırıb və əlavə edib ki, onun azadlığı üçün var gücləri ilə çalışırlar.

CHP lideri deyib ki, əgər İmamoğlunu azad etməsələr, dayanmayacaqlar: "CHP olaraq biz dayanmayacağıq. Mən avtobusun üzərində dolaşacam, Mənsur Yavaş başqa şəhərdə olacaq. Deputatlarımız digər şəhərlərdə aksiyaya rəhbərlik edəcəklər. Susmayacaq, dayanmayacaq və mübarizəmizi daha da artıracağıq".

Özəl bildirib ki, əgər seçkiyədək Əkrəm İmamoğlu içəridə qalsa, o zaman 70 faizlə seçkini qazanacaqlar: "Əslində, xalq o zaman konstitusiyanın dəyişdirilməsi üçün parlamentdə də daha çox təmsil olunmamıza səs verəcək. Biz isə gücləndirilmiş parlament sisteminə yenidən, sürətlə keçəcəyik. Sonra birtərəf, qərəzsiz prezident seçiləcək. Həmin Prezident xalqın qəlbini fəth edən ən önəmli fiqur olacaq. O, Mansur Yavaş olacaq, Əkrəm İmamoğlu isə baş nazir olacaq..."

Firudin Səfərli
Mia.az