Türkiyənin Pakistana silahla dolu 6 təyyarə göndərdiyi haqda xəbər dünya mediasında manşetlərdən tirajlanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, lakin Türkiyə Prezident Administrasiyasının Rabitə Müdirliyinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumatı yalanlayıb.
Bildirilib ki, bəzi mətbuat orqanlarında tirajlanan bu xəbər doğru deyil: "Məlumat üçün qeyd edək ki, Türkiyədən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana eniş edib. Daha sonra öz marşrutu üzrə yoluna davam edib. Belə yalan xəbərərə inanmayın"
Lamiyə Əhmədli
Mia.az