Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Mia.az xəbər verir ki, XİN-in rəsmi səhifəsindəki paylaşımda deyilir:

"İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”.

Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanındakı partlayışda 18 insan ölüb, 1100-dən çox yaralı var.