Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentə gəlmir.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, deputat son 7 plenar iclasın heç birində iştirak etməyib. Eyni zamanda, rəhbəri olduğu komitənin iclaslarına da qatılmayıb. Onu sədr müavini Nurlan Həsənov əvəzləyib.
Deputatın özü ilə əlaqə saxlamağa çalışsalar da, zəngləri cavabsız qoyub.
Milli Məclisin İntizam Kommisiyasının sədri Eldar İbrahimov isə açıqlamasında Siyavuş Novruzovun icazəli olduğunu bildirib.
Qeyd edək ki, Siyavuş Novruzov sonuncu dəfə parlamentin fevralın 3-də keçirilən plenar iclasında iştirak edib.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir. Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir.
Məlumat üçün bildirək ki, Siyavuş Novruzov 6-cı çağırışdır ki, Milli Məclisin deputatıdır.
Mia.az xatırladır ki, bir ara deputatın yıxılaraq ayağını sındırması haqda xəbər yayılmışdı. İddia olunur ki, o, Türkiyədə müalicə olunur. Maraqlıdır, onun səhhəti bu günə qədər düzəlməyibmi? Ümumiyyətlə, ona nə olub:
Mia.az məsəə ilə bağlı deputatlardan biri ilə əlaqə saxlayıb. Adınınaçıqlanmasını istəməyən deputat Siyavuş Novruzovun iclaslara qatılmamasının sbəbini üzrlü sayıb: "O, müalicə olunur".
Samir
Mia.az