"Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması hər iki tərəfin böyük səylərinin nəticəsidir".
Məlumata görə, bunu “TRT World” telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O deyib ki, tərəflər bu razılığa qədər çox böyük müzakirələr aparıb: “Danışıqlar nəticəsində əsasən 12 sənəd layihəsi dəyişdirilib. Ancaq növbəti vacib addım bunları tamamlayacaq prosesin icrasıdır. İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır. Bəzi vaxtlar biz görürük ki, onların məsul şəxsləri yeni Konstitusiyanın qəbul ediləcəyi barədə açıqlamalar verirlər. Ancaq bununla belə nə kimi dəyişikliklərin olacağı, detallar bilinmir”.