Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır.
Mia.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycanın Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
M.Kavelaşvili sülh sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini qeyd edib: "İnanırıq ki, yaxın zamanda sülh sazişi imzalanacaq. Bir daha Gürcüstanın sülh prosesinə öz töhfəsini verməyə hazır olduğunu bəyan edirəm".