Fransa Əlcəzairin 12 fransalı diplomatı ölkədən çıxarmaq qərarına əks həmlə ilə cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Paris də eyni sayda Əlcəzair səfirliyinin diplomatlarını ölkədən qovub.

Bu barədə Yelisey Sarayından verilən açıqlamada bildirilib ki, 12 Fransa diplomatının ölkədən qovulması anlaşılmaz durum yaradıb: "Bu, Əlcəzair hökumət rəsmilərinin məsuliyyətsizliyi olmaqla yanaşı, ikitərəfli münasibətlərin dağıdıcı şəkildə pisləşməsinə səbəb olub".

Məlumatda o da deyilir ki, prezident Emmanuel Makronun ölkəsinin Əlcəzairdəki səfiri Stefan Romateti məsləhətləşmələr üçün geri çağırıb.

Zülfiyyə
MİA.AZ