Türkiyə prezidenti Ərdoğan bu gün  Sırrı Süreyya Öndər və Pervin Buldandan ibarət DEM Partiyasının nümayəndə heyətini Beştəpədə qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1,25 dəqiqə çəkən və 13 ildən sonra yenidən gerçəkləşən görüşə MİT sədri İbrahim Kalın və AK Partiya sədr müavini Efkan Ala da qatılıblar.

Tarixci görüşdən sonra ilk açıqlamanı verən DEM Partiyasının nümayəndə heyətindən deputat Sırrı Süreyya Öndər müzakirənin müsbət atmosferdə keçirildiyini bildirib: "Çox müsbət görüş oldu, yaxşı keçdi. Biz bundan sonra daha çox ümidliyik"

Firudin Səfərli

MİA.AZ