Prezident Ərdoğan CHP liderini məhkəməyə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb CHP sədri Özgür Özəlin son qurultayda Ərdoğana xitabən "Xunta rejimi" ifadəsini işlətməsi olub.

Məlumata görə, bu ifadəyə görə vəkili vasitəsiylə Ankara məhkəməsinə müraciət edən Ərdoğan CHP sədri Özgür Özəlin təkzib verib üzr istəməsini və əlavə olaraq 500 min manat təzminat ödəməsini tələb edib.

Ərdoğan iddiasında təzminatın yardım təşkilatlarından birinə köçürülməsini də qeyd edib.

Lamiyə Əhmədli
MİA.AZ