"Bəli, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonda xoş aurada danışım. Məncə, bu, perspektivli görüş idi. Lakin dəfələrlə dediyim kimi, biz bu kimi məsələləri ictimaiyyətlə müzakirə etməyəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio "CBS News"a müsahibəsində deyib.

O qeyd edib ki, yaxın gələcəkdə müzakirə haqda danışa bilər: "O zaman açıqlayacağımız bir şeylərimiz olacaq. Buna zəmanət verə bilmərəm, amma qətiliklə düşünürəm ki, fikir mübadiləsi ümidverici idi. Bilirsiniz, bizim planımız Ukraynada əvvəlcə döyüşləri dayandırmaq və sonra ikinci mərhələdə bu müharibəni daimi və hər kəsin maraqlarını tmin edəcək şəkildə bitirməkdir. Biz buna çalışırıq"

Firudin Səfərli

MİA.AZ