Bosniya və Herseqovina Azərbaycanla birgə layihələrin tez bir zamanda həyata keçirilməsi üçün səylə çalışır.

Bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç bildirib.

"Bosniya və Herseqovina ilə Azərbaycan arasında artıq çox yaxşı dostluq münasibətləri qurulub. Həmçinin iqtisadi əməkdaşlığın inkişafı üçün bir çox imkanlar var. Biz Azərbaycan Prezidenti İlham Əliyevlə bunu dəfələrlə müzakirə etmişik və ideyalarımızı həyata keçirilə bilən layihələrə çevirmək üçün inadla çalışırıq", - o bildirib.

Rəyasət Heyətinin sədri qeyd edib ki, Azərbaycanla strateji tərəfdaşlıq sazişini imzalayan ilk Bosniya və Herseqovina lideri olmaqdan qürur duyur:

"Prezident İlham Əliyevin Sarayevoya səfəri belə bir sazişin imzalanması üçün yaxşı səbəb oldu. Düşünürəm ki, bu, infrastruktur və enerji sahəsində birgə layihələr barədə düşünmək üçün çox yaxşı əsasdır. Biz Azərbaycan şirkətlərinin Bosniya və Herseqovinada fəaliyyət göstərməsini və daha çox birgə layihələr görməyi çox istərdik"./Report