Böyük Britaniya XİN ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib.
Mia.az xəbər verir ki, Britaniya XİN bu posta Gevin Tarbardı göndərib: "Biz Gevin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini təsdiqləyən tarixi addımdır, eyni zamanda, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq".