Xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyadan olan həmkarı Timço Mutsunski ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, görüş zamanı nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib, tərəfdaşlığın daha da genişləndirilməsində yüksək səviyyəli səfərlərin və siyasi dialoqun əhəmiyyətini vurğulayıblar.

Enerji, turizm, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları da müzakirə edilib.

Nazir Ceyhun Bayramov həmkarına regionda münaqişədən sonrakı vəziyyət barədə məlumat verib.