Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.
Mia.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.
Bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub: "Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə aprelin 23-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək".