Ədliyyə Nazirliyi Yeni Azərbaycan Partiyasının (YAP) Ucar rayon təşkilatı ilə satınalma müqaviləsi imzalayıb.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müqavilədə Ucar rayon qeydiyyat şöbəsi üçün Ucar rayonu, N.Nərimanov küçəsi 89 ünvanında yerləşən ümumi sahəsi 319 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 6000 manatdır. İcarə müddəti haqqında heç bir məlumat yoxdur. Satılama proseduru birmənbə metodu ilə keçirilib.