""Bank Respublika"dan uzaq durun!"
Mia.az xəbər verir ki, bu barədə Əjdər Sərvər adlı şəxs Feysbuk"dakı "Müştəriyəm Şikayətim Var" qrupuda yazıb.
Onun sözlərinə görə, 13 fevralda "Bank Respublika"ya məxsus maaş kartından digər aktiv kartına vəsait köçürüb: "Köçdüyünə dair çek də verib. Amma hələ karta köçməyib, geri maaş kartına da gəlmir. Havada asılı qalıb. 21-ci əsrdə bu, nə texnoloji xidmətdir? Dəstəyə zəng etmişəm, öz xətalarını qəbul etmək yerinə, əsassız səbəblər. Deyir, bir neçə iş günündən sonra geri öz kartınıza gələcək.Göyərçin ilə göndərmisiniz pulu ?"