"Biz NATO-da Ukraynadan başqa məsələləri gündəmə gətirə bilmirik, çətinlik çəkirik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastien Lecornu Parisdəki Hərbi Məktəbdə keçirilən Forumda deyib.
Nazirin sözlərinə görə, bütün iclaslarda ancaq Ukrayna savaşından söhbət gedir: "Ukrayna və Rusiya bizi daha çox narahat etdiyi üçün İrandan, İran bizi bu qədər narahat etdiyi üçünsə Şimali Koreyanın strategiyasından danışa, müzakirə apara bilmirik. Halbuki, biz təhdidləri təkcə regional deyil, qlobal baxımdan dəyərəndirməliyik. Biz NATO müdafiə nazirləri bunun fərqindəyik, lakin dediyim kimi, digər məsələlərdə passiv davranırıq. Üstəlik, bizim güclü müttəfiqimiz ABŞ-ın gözlənilməz hərəkəti Rusiya təhlükəsinin indi hər zamankindən daha böyük hala gətirib"
Xatırladaq ki, Forum martın 13-dək davam edəcək.
Samir Musayev
MİA.AZ