ABŞ-ın vitse-prezidenti J. D. Vance-in əmisi oğlu qəzəblidir. ABŞ prezidenti Tramp və onun vitse-prezidentinin hazırda yeritdiyi Ukrayna siyasəti 3 il Ukrayna uğrunda döyüşən əsgəri özündən çıxarıb. O deyir: “Tramp və əmim oğlu Putinin xeyrinə işləyən (idiotlardır) axmaqlarıdır”.
47 yaşlı Nate Vance Fransanın məşhur «Le Figaro» qəzetinə açıqlamasında belə deyib. Əsgər əmisi oğlunu belə təsvir edib: O, "yaxşı və ağıllı oğlandır". Amma o, Ukrayna siyasətində yanılır.
Əvvəlcə Nate inanırdı ki, J. D. Vance yalnız seçki məqsədi üçün ABŞ-ın Ukraynaya silah tədarükünü tənqid edir: “Düşünürdüm ki, “siyasət oyunudur”. Ona görə əmioğlu belə danışır”.
Lakin sonra Ağ Evdə qalmaqal yaşandı. ABŞ prezidenti Donald Tramp və onun vitse-prezidenti Ukrayna prezidenti Zelenski ilə didişdi. "Onların Zelenskiyə qurduğu vəhşi bir pusqu idi", deyə texaslı baş vermiş qalmaqalı şərh edir. Əmisi oğlunun Zelenski ilə bağlı səsləndirdiyi ittihamlar Ukraynada döyüşmüş əsgəri şoka salıb:” Mən elə bildim ki, indicə boğulub öləcəm. Ukrayna ilə bağlı qərəzdən uzaq həqiqətləri əmim oğluna özüm deyə bilərəm”.
“Donald Tramp və əmim oğlu Vladimir Putini sakitləşdirə biləcəklərinə inanırlar. Onlara demək istəyirəm ki, siz səhv edirsiniz.
Neyt Vens üç il “Da Vinçi Qurdlar” batalyonunda xidmət edib. 18 yaşında ABŞ Hərbi Dəniz Qüvvələrinə qoşulub və orada 4 il xidmətdə olub. Daha sonra sakit həyat sürüb və neft şirkətində çalışıb. 2022-ci ilin martında o, Ukraynaya səfər etmək və Rusiyaya qarşı mübarizədə ölkəyə dəstək vermək qərarına gəlib: “Gördüm ki, tarix mənim gözümün qarşısında baş verir. Mən də nəsə etməliyəm”...
Nate Vance deyir ki, o, bir neçə dəfə əmisi oğluna zəng vurmağa çalışıb. Bütün cəhdləri uğursuz olub. “Ukraynada döyüşən bir əsgərin senatorla əlaqə saxlamsı asan iş deyil. Onun ofisinə mesaj göndərdim. Amma ondan xəbər gəlmədi”. 2025-ci ilin yanvar ayında, Vance vəzifəyə başlamazdan bir müddət əvvəl, texaslı ABŞ-a qayıdıb.
Amerikalı son həftələrdə baş verən hadisələrdən şokdadır. O, Vansın Ukrayna siyasətini başa düşmür. “Səninlə qohum olmağım o demək deyil ki, sənin silah yoldaşlarımı öldürəcək siyasətini qəbul edəcəm”, amerikalı şikayətlənir.
Bu müsahibə bir daha sübut edir ki, ABŞ-ın özüdə də D.Trampın yeritdiyi Ukrayna siyasətinə ciddi etiraz var. Hətta insanlar öz qohumlarına görə Ukraynadan vaz keçmək istəmirlər.
Elbəyi Həsənli. Sürix
MİA.AZ