Türkiyənin 3 şəhərində milyonlarla saxta dollar və avro ələ keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul, Osmaniye və Ədirnədə eyni vaxtda keçirilən əməliyyatla 2 milyon 150 min 100 avro, 1 milyon 353 min 600 dollar və "dövriyə"yə hazırlanan 7 min 400 TL məbləğində saxta əskinaslar aşkarlanaraq götürülüb.
İstanbul Polis İdarəsindən verilən məlumata görə, 27 fərqli ünvanda həyata keçirilən əməliyyat zamanı 25 şübhəli şəxs tutulub: "Onlardan 10-u haqda həbs qətiimkan tədbiri seçilib, 10-u sərbəst, 3-ü isə ev dustaqlığına buraxılıb. İstintaq davam edir".
Firudin Səfərli
MİA.AZ