Türk Hava Yolları (THY) universitet tələbələrinə karyera fürsəti və yeni iş imkanı yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə THY xüsusi bildiriş yayıb.
Bildirilib ki, universitetlərdə 2, 3 və 4-cü kursda oxuyan və qiymətləriyüksək olan tələbələrə həftədə 30 saat olmaqla iş imkanı veriləcək: "Proqrama 2001-ci il və ondna sonra doğulanlar müraciət edə bilər. Müsabiəqədən keçən namizədlər THY-nin İstanbul ofislərində həftədə ən az 2 gün, maksimum 30 saat tam iş günü işləmək hüquqi qazaqnacaq. Əsas tələb ingilis dilini yaxşı səviyyədə bilmək və işgüzarlıqdır. Namizədlər martın 29-dək THY-nin internet saytından müraciət edə bilərlər".
Lamiyə Əhmədli
MİA.AZ