Macarıstanda iki və ya daha çox uşağı olan analar ömürlük vergidən azad edilir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban açıqlama verib.

O bildirib ki, Avropanın ən geniş vergi azaltma proqramına imza atıblar: "Bu proqrama əsasən,  2 və 3 uşaqlı analar ömürlük gəlir vergisindən azad ediləcək. 2025-ci il ölkəmiz üçün inqilabi sıçrayış ili olacaq. İslahatlarla biz üç uşaqlı anaları 2025-ci ilin oktyabrında, iki uşaqlı anaları isə 2026-cı ilin yanvarından etibarən vergidən azad edəcəyik..."

Lamiyə Əhmədli
MİA.AZ