“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov yeni təyinatlara imza atıb.

Mia.az xəbər verir ki, onun əmriylə Hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.

ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsinə isə departamentin müdir müavini Türkan Yusibova gətirilib.

Bundan başqa, qurumun Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri postuna isə Əsəd Məmmədov təyinat alıb.

MİA.AZ