“Azəriqaz” İB-nin baş direktorun üç yeni müavin təyin olunub.
Mia.az xəbər verir ki, dünn və bu gün verilən müvafiq əmrlərlə Təbriz Əmmayev, Teymur Vəliyev və Fərid Mustafazadə Baş direktor Azər Məmmədovun yeni müavinləri vəzifəsinə göndəriliblər.
Qeyd edək ki, Fərid Mustafazadə baş direktorun bu əmrə qədər müşaviri işləyirdi.
Mia.az-ın əldə etdiyi məlumata görə, bu təyinatlarla yanaşı, qurumda vəzifəsini itirənlər də var.
***
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini vəzifəsinə təyinat olub.
Bu vəzifə Təbriz Əmmayevə həvalə edilib.
Qeyd edək ki, T.Əmmayev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibidir(APA)